“Maşın çaya, biz də bu vəziyyətə düşdük” – 5 yaralının olduğu DƏHŞƏTLİ QƏZA – VİDEO

19 2019 16:06

İsmayıllıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" ilə "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 57 yaşlı Əkrəm Allahverdiyev, 65 yaşlı Niyaz Qarayev, 37 yaşlı Ramil Qarayev, 55 yaşlı Qadir Hüseynov və 49 yaşlı Sevinc Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qəbələ və İsmayıllı xəstəxanalarına çatdırılıblar.

Həkim: “Xəstələrdən birinin müayinəsindən sonra xəstənin döş qəfəsində qapalı travması, qabırğaların çoxsayılı sınığı, pnevmo-hematoroks diaqnozu müəyyənləşdirilib. Xəstənin vəziyyətinin ağırlığını nəzərə alaraq reanimasiya şöbəsinə yerləşdirilib. İkinci xəstə Allahverdiyev Əkrəm müayinə zamanı onda da döş qəfəsinin qapalı travması, çoxsayılı qabırğaların sınığı pnevmo-hematoroks diaqnozu müəyyən edilib. Reanimasiya şöbəsinə yerləşdirilib”.

Zərəçəkən: “Sürətli gəlirdi. Maşın çaya düşdü, biz də bu vəziyyətə düşdük”.

Fakt araşdırılır.