“Arxadan badalaq verdi yıxıldım” – Bakıda telefon oğrusu saxlanıldı – VİDEO

12 2019 15:38

Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb.

ARB TV
 xəbər verir ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb.

Şahin Mikayılov – Zərərçəkən: “Mənə dedi ki, Nərimanova gedək, xalam oğlugildə çantam var. Arxadan badalaq verdi yıxıldım. Əlinin içiylə vurdu. Telefonu və pulu götürüb qaçdı”.

Amil Məmmədov – Saxlanılan şəxs: “Metroda telefonu götürüb danışmışam. Pilləkəni park tərəfdən qalxanda qaçmışam”.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimanov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-cı Polis Şöbəsinə müraciət edə bilərlər.