“Qəbrini yox, özünü görmək istəyirəm” - Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR – VİDEO

12 2019 15:36
“Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır”


ARB TV
-nin “Show news” proqramının növbəti müsahibi  mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.

O, uşaqlarının ataları üçün darıxdığını bildirib:

“Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu gördüm. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atamçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var”.

Reperin oğlu Tamerlan atasının arzularını gerçəkləşdirəcəyini bildirib:

“Atamın mahnılarını ifa etmək istəyənlər məndən icazə almalıdırlar. Çünki mən atamın yeganə oğluyam. Atamın arzularını gerçəkləşdirəcəm. Polis olmaq istəyirdim, atam məni hər zaman dəstəkləyirdi”.