“Dərsə hazır olmayanda “işıqlarımız sönüb” bəhanəsini gətirirdik” - Bəşarət Məmmədov - VİDEO

09 2019 15:59
“ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov olub


O, məktəb illərində dərslərini yaxşı oxusa da, dəcəl şagird olub:

“Bütün müəllimlərim deyirdi ki, çox dəcələm. Əllərimi partaya qoyub uzun müddət sakit otura bilmirdim. Sinif yoldaşlarımızdan hansısa dərsə hazır olmayanda isə müxtəlif bəhanələr gətirirdik. Bir dəfə sinif yoldaşlarımızdan biri əlacsız qalıb “işıqlarımız sönmüşdü” bəhanəsini gətirmişdi. Halbuki, hamımız eyni qəsəbədə yaşayırdıq və bilirdik ki, işıqlar yanırdı”.

Bəşarət Məmmədov məktəblilələrə öz tövsiyyələrini də verib:

“Müasir dövrdə uşaqlara fənləri sevdirmək üçün fərqli yanaşmalar tətbiq olunur, bunun üçün məktəblərdə psixoloqlar da fəaliyyət göstərir. Şagirdlərimiz bilməlidir ki, oxumaq, öyrənmək ilk növbədə onların özləri üçün, gələcəkdə hansı ixtisas seçmələrindən asılı olmayaraq dünya görüşü, davranışı, həyatda öz yerini tutmaları üçün önəmlidir”. 

Xatırladaq ki, “Mən məktəbli ikən” telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.