“100 dollar təklif etdilər ki, siqaret çək” – Hacı Nuran məktəb illərindən danışdı – VİDEO

09 2019 15:58

ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı məşhur aparıcı Hacı Nuran olub.

Siqaretin zərərlərindən danışan Hacı Nuran bildirib ki, heç bir zaman spirtli içki və siqaretdən istifadə etməyib.

“8 nömrəli məktəbdə oxumuşam. Şəhər uşaqları olmuşuq. Siqaretə meyillilik var idi. 6-cı sinifdən başlayaraq sinif yoldaşlarım hamısı siqaret çəkirdi. Siqaret çəkmək mənə görə dəhşətli bir şey idi. Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax. 100 dollar təklif edildi ki, 1 dəfə dadını bil. Dedim ki, heç vaxt siqaret və içkinin dadını bilməyəcəm. Xəstəlik keçirdikdən sonra həkim dedi ki, yaxşı ki, siqaretdən istifadə etməmisən. Tez sağalmağın üçün şans olacaq”.