Sürücülərin DİQQƏTİNƏ! Bu yollar nəzarətə götürülür – VİDEO

07 2019 17:56

Tez-tez yol qəzası baş verən ərazilər nəzatərə götürüləcək.

ARB TV-nin “Günə Doğru” proqramında məsələ ilə bağlı süjet hazırlanıb.

Yol qəzaların sayında eləcə də, təlafat hallarının sayında ümumi azalma müşahidə olunsa da, bu hadisələrin əksəriyyəti eyni ərazilərdə baş verir. Yol polisinin həmin küçə və prospektləri artıq müəyyən edib. Başvermə yerinə görə hadisələr ən çox Ziya Bünyadov, Heydər Əliyev, Azadlıq, Qara Qarayev, Neftçilər, Nobel prospektlərində, eləcə də, Şəhər şosesi, Bakı-Mərdəkan şosesi, Mərdəkan-Buzovna yolu, Bakı Dairəvi və Salyan yollarında, və ölkə əhəmiyyətli magistrallarda qeydə alınır.Məhz bu amilə görə, Azərbaycanda yolların ən çox yol nəqliyyat hadisələrini baş verdiyi yerlər nəzarətə götürüləcək.

Vaqif Əsədov - BŞBDYPİ-nin şöbə rəisi: “2018-ci il üzrə Bakı şəhəri üzrə 619 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticəd
ə 212 nəfər həlak olub, 529 nəfər isə xəsartə alıb.

Qəzaların analizi zamanı orta çıxan digər maraqlı məqam qəzaların baş vermə intervalı və saatı ilə bağlıdır.

Beləki, yol-nəqliyyat hadisələri, əsasən, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb.

Fərhad Eyyubov – Ekspert: “Hadisələrin hansı səbəbdən baş verdiyi müəyyən edilməlidir. 100 yol hadisəsinə 200 səbəb və amil düşür. Səbəblər dəq
iq müəyyən edilərək aradan qaldırılmalıdır”.

Mütəxəssislər deyir ki, kompleks tədbirlər həyata keçirilsə, illik qeydə alınan hadisələrin statistikasında 30 faizədək azalma əldə etmək olar.

Azər Allahverənov – Ekspert: “Yol infrastukturunun özündə hansısa dəyişikliklər edilməlidir. Xüs
usilə də sərt döngələrdə, sürət həddi yüksək olan ərazilərdə qəza şəraitinin yaranmasına səbəb ola biləcək amilləri aradan qaldırmaq lazımdır”.

Ek
spertlər deyir ki, paytaxt kimi bölgələr də, qəza təhlükəli yollar kifayət qədərdi. Və həmin yol və magistrallarla da bağlı işlər görülməlidir. Digər problem isə nişan çatışmazlığı ilə bağlıdır.

Azər Allahverənov – Ekspert: “Bizim küçələrdə 3500-dən çox nişan çatışmır. Zəruri yol nişanları yoxdursa, həmin yollar sürücü və piyadalar üçün potensial təhlükədir
.

Təklif edilən yenilik 2019-2023-ci illəri əhatə edən yol hərəkətinin təhlükəsizliyi dövlət planına daxil olan işlərdən sayılır.