“Göstərsin bizə donuz necə yatır?” - Elnar Xəlilovun Elza Seyidcahandan İSTƏYİ – VİDEO

07 2019 13:26

ARB TV-nin “Show news” proqramının növbəti müsahibləri şou nümayəndələri olub.

Onlar əməkdar artist Elza Seyidcahanın şou-biznes əhlinə, “onlara arzu edirəm ki, başlarını aşağı salıb donuz kimi yeyib, yatsınlar” fikrinə münasibət bildirib:

Nazilə Səfərli – Şairə: “Deyib, deyib də. Söz kimindir götürənin, yer kimindir, oturanın”.

Fatimə Fətəliyeva – Rəqqasə: “Elza xanım, xahiş edirəm bizi donuza oxşatmayın”.

Hüseyn Məhəmmədoğlu – Musiqiçi: “Donuz haram olan heyvandır, əgər Elza xanımın onunla münasibəti yaxşıdırsa, mən bir söz deyə bilmərəm”.

Xatun – Müğənni: “Kim götürür götürsün. O söz mənə aid deyil”.

Fərda Xudaverdiyev – Aktyor: “O, bilir kimə nə deyir, mənə aid deyil”.

Elməddin Cəfərov – Aktyor: “Eynisini Elza xanıma arzulayıram”.

Elnar Xəlilov – Müğənni: “Özü bilir donuz necə yatır? Göstərsin necə yatır donuz?”

Sami Oruc – Müğənni: “Narahat olmayın, elə donuz kimi yeyib, donuz kimi yatıram”.