Kişilər niyə görüşəndə öpüşür? – VİDEO

05 2019 16:55
Zəmanə dəyişib. Əl uzadıb yanaqdan öpməyən az adam tapılar. Son zamanlar bu oğlanlar arasında da geniş yayılıb.


ARB TV-nin “Günə Doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Dostlarınızla görüşəndə öpüşüb görüşürsüz?

Sakin: “Bəli, iki, üç, beş dəfə rastlaşsaq öpüşüb görüşürük”.

Sakin: “Kişi kişiylə öpüşməz, bizim vaxtımızda belə şeylər olmayıb”.

Sakin:  “XXI əsrdə yaşayırıq. Zamana uyğunlaşmalıyıq”.

Sakin: “Öpüşmək olar ayda bir dəfə, 10 gündən bir görüşəndə. Day hər gün yaxşı deyil”.

Əhməd Qəşəmoğlu – sosioloq: “Bizim dövrdə küçədə bir-birlərini görəndə kişilər arasında öpüşmək kimi bir şey yox idi. Bu ilk-əvvəl kommunistlər arasında yarandı. Çünki, SSR-nin başçısı L.İ.Brejnev kiminləsə görüşəndə öpüşməyi xoşlayırdı. Bir də baxdıq ki, bütün partiya işçiləri küçədə hamısı öpüşürlər”.

Aida Nəbiyeva – psixoloq: “Hətta bəzi insaların xoşuna gəmir, baxmayaraq ki,onlar bunu dilə gətirmirlər. Diksinirlər kiminsə onun yanağından öpməsindən, qarşıdakı insan isə onu nəzərə almadan daha emosianal şəkildə onu öpməyə çalışır və bu da onlarda bəzən qıcıq yaradır.

Cəmiyyətdə geniş yayılan bu vərdişin əsas səbibi isə insanlar bir-birinə mehribanlığını, səmimiyyətini göstəmək istəyidir. Hətta görüşüb öpüşməmək münasibətlərdə soyuqluğa gətirib çıxara bilər. Amma sosioloqlar bunu yersiz hesab edirlər.

Əhməd Qəşəmoğlu – sosioloq: “İstənilən bir adamın əlini əlinə alanda onun sənə münasibətini hesablamaq olur. Onun əlinin titrəməsindən, tempraturundan, hətta qucaqlaşanda bu münasibət daha aydın bilinir.

İllərdir görmədiyin yaxın biri ilə görüşəndə, yaxud xüsusi günlərdə bu cür görüşmək normal hesab oluna bilər. Az qala hər qarşına çıxanı qucaqlayıb öpmək isə etik cəhətdən də doğru deyil.

Aida Nəbiyeva – psixoloq: “Sadəcə xüsusi məqamlara istifadə oluna bilər. Amma gündəlik insanlar bunu çox tez-tez istifadə edirsə bu yaxınlıq amili sayılmır. Məsələn, bəylər öz atası, əmisi, dayısı, qardaşı, yaxın dostu bax onlarla bu münasibəti saxlayarsa bu normal olar”.

Bu məsələnin etik tərəfləri. Bir də gigiyenik tərəfi var. Sən demə öpüşüb-görüşmək bir çox xəstəliklərin yayılma üsudur. Bunu mütəxəssislər deyir.

Nahid Məhərrəmov – terapevt: “Bu, fəsildə olan qızılca, suçiçəyi infeksiyasının, dəri xəstəlikləri, herpes infeksiyası, hava-damcı yolu ilə yayıla biləcək infeksiyaların rahat bir şəkildə bir-birilə yoluxdurma üsuludur. Hava-damcı yolu ilə olan infeksiyalar dəri səthinə yapışır, dəri səthinə də yapışdığı tədqirdə həmin dəridən öpürsənsə, məlum məsələdir ki, ağız virus üçün, bakteriya üçün birbaşa qapı rolu oynayır”.

Salamlaşmaq mədəniyyətdir və bunun özəl bir etik qaydaları var. Amma heç bir etik qaydalarda tanımadığımız, bir və ya iki dəfə gördüyümüz adamı qucaqlayıb öpmək səmimiyyətdən sayılmaz. Yaxşı olardı ki, səmimiyyətimizi isbat etmək üçün daha uyğun yollar axtaraq.