Evini muzeyə çevirən mozaik-rəssam – VİDEO

01 2019 17:49

Xaçmazın Çaykənarı kəndində yaşayan Qərib Aşkari ilk mozaik panosunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 850 illiyinə həsr edib.

ARB TV xəbər verir ki, daha sonra dahi şairin əsərləri də panolarda öz əksini tapıb.

50 ilə yaxındır ki, bu sənətlə məşğul olan rəssamın evinin və həyətinin divarlarını ulu öndər Heydər Əliyevin, Xəqani Şirvaninin, Əcəmi Naxçıvaninin, Məhəmməd Şəhriyarın, Həzi Aslanovun, Məhəmməd Əmin Rəsulzadənin,  Şah İsmayıl Xətainin və onlarla başqa dahi şəxsiyyətlərin mozaik təsvirləri bəzəyir.

Qərib Aşkari – Mozaik rəssam: “Evimin divararında 100-ə yaxın böyük şəxsiyyətlərimizin abidələri var”.

Qərib Aşkari Milli Qəhrəman Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbində  sənəntinin incəliklərini şagirdləri ilə bölüşür. Onun tək arzusu muzeyi xatırladan evinin qorunaraq, gələcək nəsillərə çatdırılmasıdır.