Yerli şou-biznesdə nömrə 1 kimdir? – ADLAR AÇIQLANDI – VİDEO

31 2019 16:31
ARB TV-nin “Show News” verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında “Kimi nömrə bir görürsünüz?” sorğusu keçirilib.


Maraqlı cavabları ilə diqqət çəkən şou nümayəndələri arasında ad çəkəni də olub, çəkməyəni də:

Elza Seyidcahan – Əməkdat artist: “Brilliant Dadaşova, Nisə Qasımova, kişilərdən isə Eyyub Yaqubov mənimçün nömrə birdir”.

Tünzalə Ağayeva – Əməkdar artist: “Mənimçün nömrə yoxdur. Keyfiyyətli artist, peşəkar var. Hər kəs özünə görə sənətkardır”.

Faiq Ağayev – Xalq artisti: “Hal-hazırda tələbatı olan və keyfiyyətli məhsul təqdim edən həmkarlarım var. 5 nəfərdir, məndən başqa 4 nəfər var”.

Elariz Məmmədoğlu – Müğənni: “Kişilərin içərisində mənəm, xanımlar arasında Natavan Həbibi və Röya. Əgər özümü nömrə 1 görmürəmsə o zaman bu işlə niyə məşğulam?”

Ayaz Qasımov – Müğənni: “Bu gün xanımlar arasında nömrə 1 Röyadır. Kişilərdən isə Faiq Ağayev”.

Rəna Ağamuradova – Rəqqasə: “Xanımlardan Fatimə Fətəliyeva, kişilərdən Rəhim Rəhimlidir”.

Fatimə Fətəliyeva – Rəqqasə: “Mədəniyyətdə, özünü aparmaqda bəylərdən Faiq Ağayev. O danışanda elə bil kitabdır. Qadınlardan isə Tünzalə Ağayeva”.

Nadir Qafarzadə - Müğənni: “Kim yaxşı ifaçıdırsa, yaxşı geyinirsə, örnəkdirsə o da nömrə birdir”.

Daha ətraflı sözügedən sujetdən izləyə bilərsiniz: