“Neçə müğənnin normal ailəsi var ki?”- Aytac Vidadiqızı ailəsindən DANIŞDI - VİDEO

31 2019 16:29

ARB TV-nin “Səhər-Səhər” verilişinin  növbəti qonağı müğənni Aytan Vidadiqızı olub. 

Ana olmağa hazırlaşan müğənni son günlərini necə keçirdiyindən söhbət açıb: 

“Uzun zamandır ki, kameralardan uzağam. Bir anlıq evdar xanım olmuşam. Artıq elə bir dərəcəyə gəlmişəm ki, heç tərpənə də bilmirəm. Oğlum olacaq, ona görə də ayrı bir həyacan yaşayıram. 1 həftə qədər, çox az vaxtım qalıb. Uşağın çəkisi 3 kiloqramdan çox olar. Mən övladıma aşırı diqqət göstərirəm. Bəzi müğənnilər var ki, sənətinə, işinə daha çox diqqət göstərir. Deyirlər ki, dayəsi baxsın. Amma mən elə deyiləm. Övladıma özüm baxmasam vicdan əzabı çəkərəm. 

Aytac Vidadiqızı ailəsi üçün sənətini ata biləcəyindən də danışıb:

“Sənətimi övladlarım, ailəm üçün ata bilərəm. Mənim üçün birinci ailədir.  Kimlərəsə baxın qısqanıb, əsəbləşəcəm ona görə də gərək Azərbaycanda qalmayım.  Bu sənət tələb edir ki, sən gənc, gözəl olasan və qarşında maneələr olmasın. İndi fikirləşsək sayca neçə müğənnin normal ailəsi var ki?... Biraz az vəfasız sənətdir. Ona görə çox etibar etmək olmaz ”.