Layihələr
TV proqram
Xəbərlər
Marketinq
“Dedi ki, uşaqlarım qorxur” - Maska ilə evlərə qənim kəsilən narkoman oğru – VİDEO
30 2019 14:51
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Hökməli qəsəbəsində
evlərə qənim kəsilən
22 yaşlı Həsən Bayramov
yaxalanıb
.
ARB TV
xəbər verir ki, araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır.
Mənzillərə girən gənc bıçaq və digər bıçaqla vətəndaşlardan pul, qızıl tələb edib.
Həsən Bayramov – Saxlanılan şəxs:
“3 dəfə evə girmişəm, adam olub qaçmışam. Maska taxıb kənddə evə girdim. Bilmirdim evdə adam var. Bıçaqla dedim ki, səsini çıxartma, pul ver. Dedi ki, pulum yoxdu. Dedi ki, uşaqlarım qorxur. Fikirləşdim ki, uşaqları tanıyacaq ordan çıxdım”.
Bayramovun sözlərinə görə əvvəl girdiyi evə yenidən qayıdaraq oğurluğa cəhd edib. Bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
“Ustalara pul veriləndə gördüm” - Kirayə qaldığı evdən oğurluq etdi – VİDEO
“Qətiyyən qulaq asa bilmərəm” - Əməkdar artist Rəqsanənin adını eşidib özündən çıxdı - VİDEO
“Ayrılığımız yaxşılığa doğru çox şeyi dəyişdi” – Eltonun həyat yoldaşı – VİDEO