“Utandığımdan oradan qaçmışam” – Xalq artisti – VİDEO

30 2019 11:54

ARB TV-nin “Show news” proqramının bu dəfəki müsahibi xalq artist Arif Quliyev olub.

Xalq artisti yeni çəkilən filimlərin əskik tərəflərindən danışıb: 

“7, 8 özəl filmlərə çəkilmişəməm. Amma bəzilərinə heç özüm axıra kimi baxmayıb utandığımdan çıxıb qaçmışam. Bu bir həvəsdir. 4,5 adam yığışır, 7, 8 min pul tapırlar. Pul verməməkdən ötrü heç Arifi çağırmırlar. Yeni üz, yeni görkəm görən kimi çəkirlər. Bu yaxşıdır, amma bu qəbul olunacaqmı? Ola bilər bu gün Arif Quliyevin dediyi sözlərə insanlar gülmür, amma onların çəkdiklərinə gülürlər. Qatqı bütün filmlərdə olduğu kimi bu filmlərdə də var. Güldürüb düşündürmək lazımdır. Sözün effekti, təsiri və hərəkət dinamikası olmalıdır. Adam var 30 ildir işləyir, lakin ortaya çıxa bilmir. Mən onu necə deyim, necə ürəyini qırım? Heç olmasa 10 ildən sonra ayılsa böyük şeydir”.