İşlədiyi karxanalardan oğurluq edən şəxs saxlanıldı – VİDEO

29 2019 16:16

Abşeronda 2 daş karxanasında kabel və mis oğurlanıb.

ARB TV xəbər verir ki, Hadisə rayonun Güzdək qəsəbəsində baş verib.

Rayon polis idarəsinə məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu yaradılaraq axtarışlara başlanılıb. Axtarışlar zamanı hadisəni törədənin əvvəllər həmin karxanalarda çalışmış 35 yaşlı Hidayət Alıyev olduğu məlum olub. Hidayət Alıyev əvvəllər də eyni motivli əməllərə görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.