“Dedim ki, mənə iliş” - Xalq artisti Əli Mirəliyevlə yaratdığı ŞOUDAN DANIŞDI – VİDEO

28 2019 17:31
ARB TV-nin “Hüseynova bacıları” verilişində qonaq olan xalq artisti Səməd Səmədov həmkarı Əli Mirəliyevlə aralarında baş verən qalmaqalla bağlı maraqlı açıqlamalar verib:


“O qalmaqal deyil, şoudur. Bir dəfə Əli ilə görüşdük. Mənə dedi ki, vaxt var idi sən məni müşayət edirdin. İndi nə toyum, nə işim var, bəlkə mənə kömək edəsən. Çox fikirləşdik və ağlımıza belə bir mövzu gəldi. Dedim ki, Əli, bəlkə sən mənə ilişəsən? Şou yaratdıq. Əli mənim dostumdur, o məni çox istəyir. Ailəsi, həyat yoldaşı, nəvələri ilə çox yaxınam”.