Bizi çətin vəziyyətdə qoyan əzilmiş və cırılmış pullar - VİDEO

25 2019 17:17
Alış-veriş zamanı ödəmə terminallarında ödəniş edərkən, taksi və ya avtobusa minərkən əzilmiş və cırılmış əskinaslar işimizi çətinləşdirir. Cibimizdəki son pul bu haldadırsa, vəziyyət daha da qəlizləşir.


ARB TV xəbər verir ki, əslində isə bu pulları qəbul etməyən satıcı, sürücü və xidmət sektorunun digər nümayəndələri istehlakçılarının hüquqlarını və ölkə qanunvericiliyini pozmuş sayılır.

Sakin: “Özüm ticarətçiyəm. Mənə gətirəndə qəbul edirəm”.

Sakin: “Götürmürlər. Bankda dəyişmişəm”.

Avtobus sürücüsü: “Necə götürək? Kim götürür o pulu?”.

Mağaza satıcıs: “Əksər hallarda götürürük, lakin cırığı böyük olur, əldən düşmüş halda olur onu götürmürük”.

Kommersiya bankları təqdim olunan tədavülə yararlı, 60%-dən az olmayan hissəsini saxlayan milli pul nişanlarını qəbul etməli, dəyişdirilməli və ekspertizasını təmin etməlidir. Plastik kartdan çıxarış edən zaman səliqəli, təmiz pulların arasında zədəli əskinaslara rast gəlməyimiz də elə bu səbəbdəndir.

Fərqan Novruzov - Azərbaycan Beynəlxalq Bankının Hüquq departamentinin direktoru: “O əskinasları bank qəbul edir və bankomatlara yerləşdirir. Bank hər bir əskinası bir-bir yoxlamaq ixtiyarında deyil. Çox vaxt dəyişdirilən əskinaslar bakomatdan çıxan əskinaslar deyil, vətəndaşların gündəlik həyatında baş vermiş hadisələr nəticəsində yarasız hala düşən əskinaslardır”.

Mərkəzi Bankdan verilən məlumata görə, vətəndaşlar cırılmış, sıradan çıxmış əskinasları gətirərkən onları yeniləri ilə əvəz edə bilərlər.