Valideynlərin DİQQƏTİNƏ! Uşaqlarınızı baxçalara zamanında qoyun – VİDEO

25 2019 17:14
Uşaqlar neçə yaşından baxçaya yazılmalıdı?


Azərbaycan Respublikasının 14 aprel 2017 –ci il tarixli  585 nömrəli əmrinə əsasən körpələr evi uşaq baxçasında 3 aydan 6 aya kimi, 6 aydan 1 yaşa kimi körpələr qəbul edilə bilər.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Valideyin: “Körpələr qrupu olsa yaxşı olardı ki, analar gedib işləyə bilsin, həm də ürəkləri rahat olsun ki, uşağa baxan var”.

Lənkəranda 53 baxça var ki, onlardan yalnız ikisində 16-17 saylı körpələr evi – uşaq baxçası fəaliyyət göstərir. 

Bayramova Gülarə - bağça müdirəsi
: “Biz 1 yaşlı körpəni qəbul edə bilirik. Hazırda 1 və 2 yaş arası körpələr qrupumuz var”

Baxçalarsa azyaşlı körpələrin az halda baxçaya gətirildiyini və buna görə də həmin yaş üzrə qrup yarada bilmədiklərini əsas gətirir.

Fərzullayeva Səbirə - bağça müdirəsi“6 aylığından 1 yaşa qədər uşaqlarımız yoxdur. Bəzi valideyinlər uşaqları ev şəraitində təlim-tərbiyyə verməyə üstünlük verir. Amma bizim, xüsusən də körpələr qurupunda işləyən tərbiyyəçilərimiz var və onlara ana qayğısı göstərilir”.

Mütəxəssislər bildirir ki, körpələrin 1 yaşından başlayaraq bu müəsissələrə verilməsi onların gələcək inkişafına da müsbət təsir göstərir.

Pişanova Solmaz - Baş tibb bacısı: “Körpə nə qədər tez baxçaya qoyularsa bir o qədər tez inkişaf edər. Çünki burada uşaqlar rejimə düşür və bezdən istifadəyə gərək qalmır”.

Qeyd edək ki, qrupların kompletləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabradək, uşaqların məktəbəqədər təhsil qəbuluna isə iyunun 1-dən  avqustun 31-dək həyata keçirlir.