25 yaşlı gənci bıçaqlayıb ölümcül hala saldılar – VİDEO

24 2019 17:22

Hadisə Şamaxıda baş verib

ARB TV xəbər verir ki, Xınıslı kənd sakini 25 yaşlı Hasil Həsənli bıçaqlanma diaqnozu ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Ədalət Həmidov – həkim: “Saat 20:00, 21:00 radələri idi. Xəstə cərahiyyə şöbəsinə qarın ön divarının kəsilmiş, deşilmiş yarası, daxiləkeçmə, nüfuzetmə və daxili qanaxma diaqnozu ilə daxil oldu. Təcili sürətdə xəstə əməliyyata götürüldü, əməliyyat zamanı mədəni dəlib keçən yaralanması və qaraciyərin yaralanması aşkar edildi və yaralar tikildi. Xəstənin müalicəsi davam etdirilir”.

Hadisəni törətməkdə şübhəli bilinən İlkin adlı şəxs saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi araşdırma aparır.