ARB əməkdaşları ailə faciəsinin qarşısını aldı - FOTOLAR

23 2019 14:47
ARB TV-nin “Çıxış yolu” proqramının çəkiliş qrupu bir ailə faciəsinin qarşısını alıb.


Belə ki, rayonların birindən çəkilişdən qayıdan əməkdaşlar yolda qəzaya düşmüş maşınla qarşılaşıb. Köməksiz qalan ailə üzvlərinə yardım edən komanda, ağır yaralı olan şəxsi ARB telekanalının avtomobilinə yerləşdirərək dərhal xəstəxanaya çatdırıb.

Hadisədən bir az sonra ailə “İnstagram” sosial şəbəkəsindən hər şeyin yaxşı olduğunu yazaraq, televiziyaya və “Çıxış yolu” komandasına öz təşəkkürünü bildirib.