Dumanlı hava qəzaya səbəb olub: “O məni, mən də onu görmədim” - VİDEO

22 2019 17:08

Oğuzda baş verən qəzada ərlə-arvad xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində "Opel" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "VAZ"markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücüsü, Kərimli kənd sakini 63 yaşlı Alxas Mahmudov və onun həyat yoldaşı 63 yaşlı Malikə Mahmudova xəsarət alıblar.Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir.

Pərviz Məmmədxanov - "OPEL"in sürücüsü: “Hava dumanlı idi. O məni, mən də onu görmədim. Bu hadisə baş verdi”.

Faktla bağlı araşdırma aparılır.