İdarəetməni itirən sürücü avtomobili qapıya çırpdı: 1 ölü, 1 yaralı - VİDEO

21 2019 16:51
Şəki sakini 25 yaşlı Tərlan İsgəndərov VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısına çırpılıb.


ARB TV xəbər verir ki, nəticədə sürücü yerindəcə həyatını itirib.

Avtomobildə olan sərnişin Namiq İsgəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralı ilə Şəki RMX-na çatdırılıb. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.