Keçmiş arvadı ilə barışdığı üçün QAN TÖKÜLDÜ: “Oğluma minnətdar olmalıdır” - VİDEO

18 2019 16:12
Dağılan ailənin yenidən bir araya gəlməsi münaqişəyə səbəb olub.


ARB TV xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində baş verib.

Abbasovlar ailəsi ilə Məmmədovlar arasında yaranan müqanişə zamanı kənd sakinləri, 62 yaşlı Tofiq Məmmədov və qardaşı 51 yaşlı Rafiq Məmmədov çoxsayılı bıçaq xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki qardaş əməliyyat olunub.

Namizəd Xankişiyev – həkim: “Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə cərahi şöbəyə daxil olublar. Hər iki xəstə əməliyyat olunub. Vəziyyətləri kafidir”.

Bıçaqlanmaya bir müddət bundan əvvəl Rafiq Məmmədovun oğlunun məhkəmə yolu ilə boşandığı həyat yoldaşını yenidən evinə gətirməsi səbəb olub.

Belə ki, kənd sakini 69 yaşlı Eldar Abbasovun qızı, keçmiş həyat yoldaşına onunla yenidən barşımaq istədiyini xəbər edib. T.Məmmədovun oğlu keçmiş həyat yoldaşını götürərək öz evinə aparıb. Bundan xəbər tutan qızın atası və qardaşı Məmmədovlar ailəsinə gələrək balta və bıçaqla onlara xəsarət yetiriblər.

Rafiq Məmmədov – xəsarət alan: “Oğlumdan üzr istəməlidir. Minnətdar olmalıdır ki, qızımı apardın yenidən barışdın. Amma bunun qarşılığında gəlib evimizə hücum çəkdi”.

Akif Məmmədov – xəsarət alanın qardaşı: “Barışmağa qərar veriblər. Maşınla yoldaşını götürüb gedib. Qızın atası ilə qardaşı da gəlib deyib ki, siz qızımızı oğurlamısınız. Sonra bu hadisə baş verib”.

Faktla bağlı araşdırma aparılır.