Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı - VİDEO

17 2019 16:10
Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib.


ARB TV xəbər verir ki, Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb.

Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentli xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Səbuhi Səmədova – Şəki sakini: “Oğlum mənə yemək gətirmişdi. Bir də gördüm uşaq əlində mərmiyə oxşar nəsə gətirir. Ərəstun adlı bir hərbiçi var ona göstərdim ki, bu nədir? Dedi, bu partamamış mərmidi, dərhal “102” xidmətinə zəng vur, məlumat ver. Mən də məlumat verdim, gəlim apardılar”.