Kafe qarşısında öldürülən gəncin dayısı DANIŞDI: “Qətlə yetirəni tanıyırıq” - VİDEO

17 2019 14:17

16 yanar, saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Xaçmaz rayonunu Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Mərhumun ailəsi isə hadisədən səhər saatlarında xəbər tutub.

Mərhumun dayısı: “Polis şöbəsinə məlumat verilib ki, meyit morqdadır. Dərhal gedib baxdıq ki, həqiqətən də bacım oğludur. Qətlə yetirəni tanıyırıq, qonşu kənddəndir. Lakin aralarında münaqişə olmayıb. Məsələnin təfərrüatlarını bilmirik. Polislər araşdırırlar”.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

Mərhum 27 yaşlı Tamerlan Həmidov isə ailəli olub, 3 övladı var. 

Faktla bağlı cinayət  işi başlanılıb. İstintaq davam etdirilir.