“Qorxutmaq məqsədi ilə çıxartdım” - Paytaxt sakinini kürəyindən bıçaqlayan şəxs – VİDEO

16 2019 17:02
Bakının Nizami rayonu Kamil Balakişiyev küçəsində paytaxt sakini İbrahim Fətdayev naməlum şəxs tərəfindən kürək nahiyyəsindən bıçaqlanıb.


ARB TV xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Elxan Həsənov – saxlanılan şəxs: “Pilləkənin ağzında dayandım. Bunlar məni dartışdıranda qorxutmaq məqsədi ilə bıçağı çıxartdım ki, məni buraxsınlar. Bu an arxadan boyun nahiyəmə yumruq dəydi, həmin an bıçaq ona dəyib, amma mən bilməmişəm”.

İstintaq tədbirləri davam etdirilir.