Qubada meşəyə qənim kəsilənlərin PEŞMANLIĞI - VİDEO

16 2019 17:01
Quba Rayon Polis Şöbəsinin əməkdaşları İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən iki kənd sakinini saxlayıblar.


ARB TV xəbər verir ki, araşdırmalarla məlum olub ki, Rəmzi Əlirzayev Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, özünə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıb. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.

Rəmzi Əlirzayev – saxlanılan şəxs: “Özümə məxsus “Qaz 66” markalı maşınla Əkbərlə birgə evimə odun gətirərkən Quba rayonunun polis əməkdaşları tərəfindən saxlanıldım. Maşınımın yük yerində yaş odun olduğu üçün Quba Rayon Polis Şöbəsinə gətirildim. Etdiyim əməldən peşmanam”.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.