“Başınızı aşağı salın, mahnınızı oxuyun” – Anar Mədətovdan müğənnilərə MƏSLƏHƏT - VİDEO

16 2019 16:58
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı prodüser Anar Mədətov olub. 


Prodüser gündəmdə qalmağa can atan və tanınmaq istəyən müğənnilərə səslənib:

“Kimsə səhnəyə gəlib oxuyub, lori dildə desək ət məhsulu kimi özünü populyar etmək istəyirsə, ən yaxşısı səhnəyə çıxmasın. Ömürüm boyu belə şeylərdən uzaq olmuşam. Heç kimin xətrinə dəyməsin. Var insan ki, həqiqətən səhnəyə gəlir. Elə insan da var ki, o qədər zibilləri olur, səhnədə olur və təhqir edir. O da sənətçi deyil. Allah sənə səsi ona görə verib ki, sən bu xalqı feyziyab etdirəsən. Şou-biznesdi, qalmaqaldı, onu nə isdiyirlər etsinlər. Amma bu o demək deyil ki, sən Azərbaycan Respublikasının alimini, həkimini təhqir edəsən. Heç bir icazə yoxdur və burada da qanunvericilik var. Əziz gənc və gələcəkdə ulduz olmaq istəyən müğənnilər, sizə bir söz demək istəyirəm. Azərbaycanda populyar olmaq istəyirsinizsə, başınızı aşağı salın, mahnınızı oxuyun, bu 9 milyon əhalinin verdiyi xeyiri, sizə heç bir dövlət verməyəcək”.