“Toy yiyəsi dedi ki, bu o deyil” – Şəbnəm Tovuzlu ilə səhv salınan müğənni - VİDEO

15 2019 17:17
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Şəbnəm Qəhrəmanova olub. 


Müğənni, adının Şəbnəm olmasına görə problem yaşadığını dilə gətirib:

“Şou-biznesdə iki Şəbnəm var. Ad məsələsinə görə başım bir az problem çəkdi. Şəbnəm Tovuzlu ilə səhv saldılar. Məni bir gün bir səhnədə görmüşdülər. Bir nəfər yaxınlaşdı ki, sizi məclisə istəyirik. Günün təyin etdik, qiyməti danışdıq, razılaşdıq. Getdim toya. Toy yiyəsi dedi ki, o Şəbnəm deyil bu”.