“Qarşıma çıxdı, vurdum” - Qanunsuz ov edən qohumlar saxlanıldı - VİDEO

15 2019 14:53
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən qohumlar saxlanılıb.


ARB TV xəbər verir ki, Göygölün Tülallar kəndi ərazisində qanunsuz ov edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Həmin kəndin sakinləri olan qohumlar heç bir sənədi olmayan silahlarla iki ədəd dovşan ovlayıblar.

Saxlanılan şəxslərin dediklərinə görə, kəndə tez-tez hücum edən yırtıcılara qarşı tədbir görmək üçün ov silahlarına əl atıblar.

Nazir Bağırov – saxlanılan şəxs: “Qar yağmışdı, əraziyə çıxdım yırtıcı heyvanların izinə rast gəldim. Əmilərimi çağırdım. Qarşıma iki dovşan çıxdı vurdum”.

Saxlanılan şəxslərdən müvafiq sənədi olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Rəşadət Qəhrəmanov – GRPŞ-nin bölmə rəisi: “Qanunsuz ovla məşğul olan Göygöl rayon, Tülallar kənd sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov ov silahları, daraqlar və 2 ədə ovladıqları çöl dovşanı ilə birgə GRPŞ-nə gətiriliblər”.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.