“Çıxanda çıxırdı, çıxmayanda çıxmırdı” - Maşınlardan oğurluq edən şəxsin ETİRAFLARI - VİDEO

14 2019 16:55
Paytaxtın Xətai Rayonu Polis İdarəsinin əməkdaşları rayon ərazisində avtomobillərdən oğurluq etməkdə şüphəli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalovu saxlayıb.


ARB TV xəbər verir ki, araşdırmalar zamanı onun ötən ilin noyabr, dekabr aylarında “Hyundai” və “BMW” markalı iki avtomobilin şüşəsini sındıraraq salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan noutbuk oğurladığı məlum olub. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Müşfiq Zeynalov – saxlanılan şəxs: “Maşınlara daxil olmuşam. Pul axtarırdım, tapanda pul, tapmayanda qızıl-zinət əşayaları axtarırdım. Çıxanda çıxırdı, çıxmayanda heçnə çıxmırdı”.