“Çox qızla münasibətdə olmamışam” - Reper Dadodan SEVGİ ETİRAFI - VİDEO

14 2019 16:50
“Onu çox sevirəm”


ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı reper Dado (Səid Əliyev) olub. 

Reper boşanma xəbərləri ilə bağlı bezginliyini dilə gətirib:

“Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər”.

Dado, eyni zamanda həyat yoldaşı, müğənni Natavan Həbibidən də ağız dolusu danışıb:

“Natavan mərd, kişi kimi qızıdır. Mən qızlarla çox münasibətdə olmamışam. Mənim ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm”.