“Bakıda ilk şaxta baba mən olmuşam” - Rafael Dadaşov – VİDEO

14 2019 16:48

ARB TV-nin “Hüseynova bacıları” verilişində xalq artisiti Rafael Dadaşov maraqlı açıqlamalar edib.

“Mənim atam, Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1, 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-67-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağaç, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, Nizami metrosu tərəfdən MUM-ın yanına gəlməli idim. Paltarımı çıxarım, əlimi, üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım”.