“Yolun ortasında dayanıram” – Dayanacağı olan avtobusların dayanacaq problemi – VİDEO

11 2019 13:02

Yasamal rayonunun mərkəzi yollarından olan hesab edilən A.M.Şərifzadə küçəsi, 3 sayılı “ASAN xidmət”in yaxınlığında pavelyonu olmasa da, avtobus dayanacağı var.

ARB TV xəbər verir ki, uzun müddətdir nişanı qoyulan dayanacaqdan sanki təkcə avtobus sürücüləri xəbərdardır.

Üç zolaqlı yolun demək olar ki, yarı hissəsinə minik avtomobilləri tutur. 
Avtobusun ərazidə saxlamsı ilə burada yaranan mənzərəni təsəvvür etmək çətin deyil. Yoldakı qəza mənzərəsini görmək üçün uzun-uzadı müşahidə aparmağa da ehtiyac yoxdur. Vəziyyət dayanmalı olduğu yerdə dayana bilməyən avtobus sürücülərini də təngə gətirib.

Avtobus sürücüsü: “Dayanacaqdan sərnişin götürə bilmirəm. Saxlaya bilmirəm, arxadan maşınlar siqnal verir”.

Avtobus sürücüsü: “Məcburən yolun ortasında saxlayıram”.

Çətinlik çəkən təkcə sürücülər deyil. Park edilən onlarla avtomobilin arasında sıxıla-sıxıla avtobus gözələyənlər də eyni problemi yaşayır.

Sərnişin: “Olmaz burada saxlamaq, dayanacağın öz yeri var. Avtobusa minmək üçün yolun ortasında, üçüncü zolaqda dayanıram”.

Sərnişin: “Keçməyə yol yoxdur, daha nə olsun? ”

Dayanacağı pul aldığı avtomobillərin park yerinə çevirənlər isə gözlə görünəni inkar edir.

Park nəzarətçisi: “Avtobuslar düzgün saxlamır. Gəlib maşınların arxasında dayanırlar. Bura dayanacaq deyil, park yeridir. Dayanacaq işarəsini sonradan gətirib qoyublar”.

Özünü park nəzarətçisi kimi təqdim edən şəxsin günahkar kimi qələmə vermək istədiyi nişan qoyan isə BNA-dır. Hansı ki, parkinqlər də bu qurumun öhtəliyindədir.

Agentliyin mətbuat  xidmətinin rəhbəri Mais Ağayevin vəziyyətlə bağlı ARB xəbərə açıqlaması isə belə oldu: “Günü sabah əraziyə baxış keçiriləcək. Uyğunsuzluq aşkar edilərsə, aradan qaldırılacaq”.