“Başqa maraqlar yarandı, sonra hər şey düzəldi” – Məşhur aparıcıdan etiraf – VİDEO

09 2019 16:56

“ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı tanınmış teleaparıcı, “ASAN” radionun direktoru Emin Musəvi olub.

O, 5-ci sinfə qədər məktəbi əla qiymətlərlə oxuyub. Dərslərindən 4 qiymət alanda evdə atası onu danlayıb ki, 4 almaq olmaz, ancaq 5 almalısan.

“5-ci sinifə qədər yaxşı oxumuşam. 4 alanda faciə idi. Atam danlayırdı ki, 4 olmaz, 5 olmalıdır. Daha sonra başqa maraqlar yarandı. Dedilər artıq bu o Emin deyil. Sonra hər şey düzəldi”.

Emin Musəvi  uşaq vaxtı sakit və utancaq olduğunu söyləyib. Birinci sinifdə oxuyanda Nataşa adlı parta yoldaşı onun əllərinin üstünü cırmaqlayıb. Amma o bunu hamıdan gizlədib:

“Evdə məndən soruşdular ki, bunu kim edib. Qız olduğu üçün utandım və heç kimə heç nə deyə bilmədim” – deyə, Emin Musəvi əlavə edib.