“Kim olur olsun, satacaqdıq” – Əvvəllər də məhkum olan peşman oğru – VİDEO

09 2019 14:14

Şəmkirdə gənc yeniyetməni özünə cinayət ortağı edərək silsilə oğurluqlar törədib.

ARB TV xəbər verir ki, şəxslər bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət ediblər. Sonda məsuliyyətdən yayına bilməyiblər.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluq yaşamış rayon sakini 22 yaşlı Mətləb Həsənov saxlanılıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyən edilib ki, Həsənov ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Yeniyetməni də əməlinə ortaq edərək mağazalar, iaşə obyektləri və avtomobillərə qənim kəsilib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar.

Mətləb Həsənovun  oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Mətləb Həsənov - saxlanılan şəxs: “Baxdıq ki, iki dənə sağ-sol qıfıl var. Qıfılları qırdıq. Qapını açıb, içəri girdik. Pul və siqaret bir də su götürüb, çıxdıq. Televizorları da maşınla Gəncəyə apardıq. Fərqi yox idi, kim olur olsun, Gəncədə satacaqdıq. İki nəfər şəxs çıxdı qabağımıza, onlara 80 manata satdıq”.

Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.