Dilarə Əliyeva məşhurların iç üzünü açdı – VİDEO

09 2019 12:23
ARB TV-nin “Pəncərə” verilişinin qonağı olan aparıcı Dilarə Əliyeva şou-biznes nümayəndələrinin bilinməyən tərəflərini açıqlayıb.


Aparıcının suallarına maraqlı cavablar verən Dilarə Əliyeva ad çəkməkdə də çəkinməyib.

“Şou-biznesin ən çox pul xəcləyəni kimdir?”

“Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdəm artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü “Don Karleone”dir”.

“Bəs, ən simici kimdir?”

“Pulunun qədrini, və qədərini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xəcləmək olar, kimə olmaz”.

“Ən çox danışan kimdir?”

“Şou əhli çalışır  ki, Vasif Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya bilmir”.

Bəs, ən tənbəl, ən yatağanı kimdir?

“Məncə, Eyyub Yaqubov. Onun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib yatır. Yatmağın dərdindən ərə də getmir”.

“Ən dalaşqan kimdir?”

“Şou-biznesdə sakit, mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də. Aralarında yazıq bala yoxdur”.

“Uyduran, hadisələri şişirdən kimdir bəs?”

“Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir”.