“Gözümü ondan çəkə bilmirdim” - Əməkdar artist Amaliya Pənahovanın ölümündən DANIŞDI - VİDEO

07 2019 16:36
ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum aktrisa, xalq artisti Amaliya Pənahovanın həyatı işıqlandırılıb.


Proqramda tələbələri və dostları onunla bağlı xatirələrini bölüşüb:

Elxan Qasımov – Əməkdar artist: “Amaliya Pənahova haqqında danışmaq çətin olsa da, o qədər də asandır. Bizim sənət yolumuz birgə keçib. O dünyasını dəyişən saniyəyə qədər dost olmuşuq, həmkar olmuşuq. Hər pilləni keçdikcə elə bilirdi ki, az edib. Ancaq yüksəkliklərə qalxmaq istəyirdi. Düşünürdü ki, durduğu yeri möhkəmləndirməlidir. Onun dayaqları yaratdığı teatr, intellektdir. Onu kimi xanım olmaq çətindir. Tomris də oynayırdı, qulluqçu qadın da. Bir an dayanmadı. Amma öz enerjisinə fikir vermirdi. Sevilən qadın, sevən qadın idi. Gözəl dost idi. Biz dost itirdik”.

Hüsniyyə Mürvətova – Əməkdar artist: “İstetadlara qiymət verirdi. Həmişə deyirdi ki, mənim teatırımda istedadsız aktyor işləyə bilməz. Siz istedadlısınız. Sil-silə tamaşalar, sənətkar ömrü qoydu özündən sonra. Ondan gözümü çəkə bilmirdim. Maraqla ona baxırdım. Onun enerjisində başqa aktrisa tanımıram. O yalnız sənətə baxırdı. Nə edirdisə sənət üçün edirdi”.