DİQQƏT! Su alarkən ehtiyyatlı olun - VİDEO

07 2019 16:34
Marketlərdən belə plastik qablarda aldığımız sular barədə bəzən heç də xoş olmayan fikirlər səsləndirilir. Hətta iddialara görə, bəzi işbazlar adi krant suyunu plastik qablara dolduraraq satır.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Eyyub Hüseynov - Aib-in Sədri: “Bazarda olan təmizlənmiş su adı altında satılan, evlərə gətirilən suların çox böyük əksər hissəsi heç də təmiz su deyil. Birbaşa krantdan yığılma sudur”.

Ölkəmizdə hazırda 5, 10, 20 litrlik qablarda sular satılır. Belə qabların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat olur. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib.

Eyyub Hüseynov - Aib-in Sədri: “Bu sahədə mükəmməl ekspertiza da yoxdur. Suyu yaxşı analiz etmək üçün onun minimum 30 parametri araşdırılmalıdır. Bunu isə heç kim araşdırmır”.

Sakin: “Alırdıq amma peşmanıq almağmıza. Krant suyunu doldurub satırlar”.

Ekspertlərin sözlərinə görə, əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Amma suyu paytaxtın mərkəzində, binanın padvalında qablaşdıranlara da rast gəldik. Adını da qoyurlar bulaq suyu.

İsa Əliyev - Ekspert: “Restoranlara sırf ucuzdur deyə satırlar və bunlar təəsüflər olsun insan səhhəti üçün çox böyük təhlükədir. Yaxşı olardı ki ümumiyətlə suları alanda həm suyun hansı firmadan olduğuna, həm də bu suyun qablaşdırılmasına diqqət olunsun”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Agentlikdən şifahi olaraq bildirildi ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda yoxlamalar aparılır. Əgər vətəndaşların qablaşdırılmlş suların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər Agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq.