“Dedilər ki, öləcək, hazırlığınızı görün” – Möcüzə nəticəsində sağ qalan İlham Zəkiyev – VİDEO

07 2019 16:31
“Güllə sol gicgahımdan daxil olub, sağdan çıxdı”


ARB TV
-nin “Öz evimizdir” proqramının növbəti qonağı paracüdoçumuz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, Qarabağ əlili və qazisi İlham Zəkiyev olub.

“Kiçik yaşlardan güləşə həvəs  göstərirdim. Cüdo ilə məşğul olmağa başladım. Sonuncu yarışım 1998-ci ilin iyun ayında oldu. 1 ay sona hərbi xidmətə çağrıldım. Kəşfiyyatçı kimi qulluq etdim. Hərbi döyüş tapşırığı yerinə yetirən zaman düşmənin snayper gülləsinə tuş gəldim. Sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün komada qaldım. Həkimlər valideynlərimə bildirdilər ki, hazırlığınızı görün, öləcək, qalmayacaq, idmançıdır deyə ürəyi döyünür. 5 gün sonra anamın səsinə komadan ayıldım. Amma bir daha anamı görə bilmədim. Görmək qabiliyyətimi tamamilə itirdim”.