“Qapını sakitcə örtüb, gedib” - Oğurlanan maşını Gədəbəydə tapılan şəxs DANIŞDI – VİDEO

05 2019 12:25
“Maşını itəliyib çıxarıb çölə”


ARB TV xəbər verir ki, Tovuz rayonunun Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus “Mercedes” markalı avtomobili gecə saatlarında qaçırılıb.

Maşının sahibi dərhal DİN-in “102 zəng” mərkəzinə müraciət edib. Bundan sonra Tovuz Rayon Polis Şöbəsinin əməliyyat qrup hərəkətə keçib. Axtarış tədbirləri nəticəsində oğurlanan maşın Gədəbəy rayonunun Slavyanka ərazisində tapılıb.

Cinayəti törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev polis tərəfindən saxlanılıb.

Qabil Bayramov – avtomobilin sahibi: “Hasardan aşıb, sakitcə içəridən darvazanı aşıb. Maşını itəliyib çıxarıb çölə, qapını sakitcə örtüb, gedib”.

Qabil Bayramov – avtomobilin sahibi: “Hasardan aşıb, sakitcə içəridən darvazanı aşıb. Maşını itəliyib çıxarıb çölə, qapını sakitcə örtüb, gedib”.

Faktla bağlı araşdırmalar davam edir.