Təqaüdçü qadını qarət edən oğru: “Ət alanda pulu çıxardı, götürüb getdim” – VİDEO – FOTO

29 Dekabr 2018 14:07
Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin keçirdiyi əməliyyat zamanı Abşeron rayon Məmmədli kəndi ərazisində soyğunçuluq edən 25 yaşlı Ruhan Zülfüqarov saxlanılıb.


ARB TV xəbər verir ki, o, Bakı şəhəri Sabunçu rayonu ərazisində öz təqaüdünü çıxararaq Məmmədli kəndinə gələn yaşlı qadın, Aypara Mütəllimovanın əlində olan pul qabını götürərək qaçıb. Amma çox uzağa gedə bilməyib.

Ruhan Zülfüqarov - saxlanılan şəxs: “Dalıyca düşüb gəldim Məmmədli kəndinə ət alanda pulu çıxardı, götürüb getdim”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.