10 yaşlı "ARB Şəki" - FOTO

29 Dekabr 2018 14:06

Bu gün Şəkidə fəaliyyət göstərən "ARB Şəki" telekanalının 10 yaşı tamam olur. 

"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixində gerçəkləşən rebrendinqin ardından yeni ad və daha maraqlı efir konsepsiyası ilə tamaşaçıların qarşısına çıxıb. 

Televiziya kanalı informativ, əyləncəli proqramları ilə şimal-qərb bölgəmizdə yaşayan tamaşaçıları sevindirməyə davam edir. 

"ARB Şəki" kolllektivini 10 yaşı münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayırıq.