Mənzillərimizi oğrulardan qorumağın yolu – VİDEO

26 Dekabr 2018 15:30
İnsan üçün ən təhlükəsiz yerlərdən biri də onun şəxsi evdir. İstər mənzil, istərsə də fərdi yaşayış sahəsi fərq etmir. Hər kəs özünü evində rahat və mühafizə olunmuş kimi hiss edir. Amma heç kim mənzilindən pis hadisələrdən sığortalanmayıb. Yəni istənilən hada hər bir vətəndaş evinin təhlükəsizliyi üçün diqqət etməli olduğu məqamlar var.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: “Qapıların möhkəmliyinə əmin olmaq lazımdır, pəncərə və digər yerlərdəki dəmir barmaqlıqlara xüsusi diqqət etmək lazımdır”.

Törədilən oğurluq hadisələrinin baş vermə motivinə baxdıq da, belə agah olur ki, sadə üsulla təhlükəsizliyi təmin etmək heç də çıxış yolu deyil. Ekspertlər deyir ki, müassirləşən və texnoloji yeniliklərin inkişafı dövründə primitiv yollarla mənzil və evlərin qorunmasını tam olaraq təmin etmək mümkün deyil. Gələcəyin layihəsi olan ağıllı evlərin tətbiqi ilə bu kimi neqativ halların qarşısını almaq olar.

Ramil Osmanlı – Ekspert: “Əvvəl baha idi, amma indi bir seyf qapı qiymətindədi. Ona görə, də ağıllı evləri tətbiq etməklə bu kimi problemlərin də böyük bir qisminin qarşısını almaq olar. Ən azı evə kim daxil olubsa, neçə nəfər olubsa hamısını görmək olur”.

Yaşayış sahələrinin qorunması üçün mühafizə sistemləri də mövcuddur. Siqnalizasiya sistemlərinin tətbiqi ilə, baş verə biləcək istənilən müdaxilə zamanı əvvəlcədən xəbər tutula bilər və bu məlumatlar mühafizə polisinin nəzarəti altında həyata keçirilir.

Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: “Mühafizə polisi bütün lazımi vəsaitlə təmin olunub. Onlar istənilən halda müdaxilə edə bilir. Az məbləğdə müqavilə imzalayıb sığortalanmaq olar”.

Müşfiq Cəbayılov - MP-nin rəisi: “Mərkəzləşdirilimiş mühafizə xidmətinə qoşulan obyetklərdə 24 saat texniki səhv etmə 0 fazidir. 24 saat sizi gözləyir. Hətta evdə xırda həşaratlara belə reaksiya verə bilir”.

Bu kimi vasitələrin rolu danılmazdır. Amma insanın özünün məsuliyyəti və diqqəti bundan da vacibdir.