“Şəkərim qalxır, özümə gələ bilmirəm” - Bayramla bərabər təhlükə gətirən partladıcılar - VİDEO

25 Dekabr 2018 17:17
“Qadağandır, amma açıq-aşkar satılır”


Əksər ailələrdə bayram hazırlıqları artıq başlayıb. Bəziləri, xüsusilə balacalar bayram günlərini partladıcılarsız təsəvvür edə bilmirlər. Hər il olunan qadağalara baxmayaraq bu vasitələrin satışı da azalmır. 

ARB TV xəbər verir ki, azyaşlı uşaqlar bazarlarda və şəhərin digər yerlərində pullarını verib pirotexniki vasitələri çox asanlıqla əldə edirlər. Bu barıtlı vasitələrin bəziləri hətta döyüş silahlarını xatırladır.

Pirotexniki vasitələrin rahtalıqla satıldığı yerlərdən bir də Xırdalanın köhnə bazarıdır. Qadağan olunduğunu bilən işbazların bəziləri çəkilişə də mane olmağa çalışdı.

Satıcı: “Çəkiliş aparmaq olmaz. Satmaq olmaz, olmaz da”.

Satıcı: “Məni çəkmə”.

Hər il bu partlayıcı səbəbindən onlarla xoşagəlməz hadisələr baş verir. İnsanlar bu vasitələrin rahatlıq və asayişi pozmaqla bərabər həm də təhlükəli olduğunu deyirlər.

Sakin: “Elə qorxuram onu atanda. Şəkərim qalxır, 3, 4 saat özümə gələ bilmirəm. Kaş o olmayaydı”.

Sakin: “Həm uşaqlar, həm böyüklər üçün xətadır”.

Sakin: “Bayram da atəşfəşanlıq olar da”.

Hər halda şəhərdəki partlayış səsləri, həm də müşahidələrimiz deməyə əsas verir ki, vəziyyət kifayət qədər ciddidir. DİN də məsələnin ciddiliyinin nəzərə alaraq mübarizə tədbirlərini davam etdirəcəyini açıqlayıb.