“Gözümü qırpanda damarım tullanır” – Meyxanaçı keçirdiyi avtomobil qəzasından DANIŞDI - VİDEO

25 Dekabr 2018 17:15
ARB TV-nin “Boş anlar” verlişininin növbəti qonağı meyxanaçı Vüqar Əbdülov olub.


Meyxana ustadı keçirdiyi avtomobil qəzasından söz açıb:

“4-cü kursda meyxana deməyə başlamışdım. Avtoqəza keçirdim. Ona görə də 1 il müalicə aldım, üzüm deformasiya olmuşdu. Daha sonra üzümü ekran üçün yararsız hesab etdim. Gözümü qırpanda damarda tullanma olur. Bu məndən asılı deyil. Əməliyyat da istəmirəm. Meyxanada olan uğurlarım bu durumu gəlib üstələdi. Fikirləşdim ki, bir neçə aktyorun arasında olmaqdansa, 3-4 meyxanaçının arasında olmaq daha fərqlidir. Başladım aktyor sənətindən öyrəndiklərimlə meyxananın birliyini tapmağa”.