Arzuladığı kimi qızının qarşısında dünyasını dəyişən ƏMƏKDAR ARTİST – VİDEO

25 Dekabr 2018 17:14
“Ölümünü bilirdi”


ARB TV
-nin “Bu qədər” proqramı budəfə mərhum aktyor, əməkdar artist Telman Əliyevin həyatını işıqlandırıb.

Proqramda onun ailəsiylə yanaşı sənət dostları da xatirələrini bölüşüb
:

Zemfira Əliyeva – Həyat yoldaşı: “Çox gözəl insan, həyat yoldaşı idi. Onun elə gözəl insani keyfiyyətləri var idi ki, hələ də mənim ürəyimdə yaşayır. Bütün ailələrə Telman müəllim kimi ailə başçısı arzu edirəm. Gəncə teatrında ən gözəl rolları ona verirdilər. Ən çox komediya rollarını ifa edirdi. Onun oynadığı tamaşadan sonra heç kim onu oynaya bilmədi. Hacıbaba müəllimlə, səhv etmirəmsə Səyavuş müəllim Bakıya gəlməyi təklif etdi. Bakıya gəldik və Musiqili Komediya Teatrında işləməyə başladı. Çox gözəl rejissorluğu var idi. Bütün gənclərə kömək edirdi. Çox xoşbəxt müəllim idi. Tələbələr onu çox sevirdi. Tələbələr evə gəlib baş çəkdi. Durdu orada danışdı. Təşəkkür elədilər Telman müəllimə. Tələbələr gedəndə pəncərədən əl etdi. Gördüm ki, tamam dəyişdi. Bir stəkan su içməyə, həm də ona su gətirməyə keçdim. Həmin vaxtı gördüm ki, qızım içəridə qışqırdı. Suyu ona çatdıra bilmədim. Həyat yoldaşı kimi, xanım kimi çox boşluq hiss edirəm”.

Mətanət Həsənova – Qızı: “Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında eləsin”.