“Oğluma müğənni qız alaram” - Röyadan həmkarlarına SƏRT CAVAB- VİDEO

22 Dekabr 2018 15:36
ARB TV-nin “Show News verlişininin növbəti müsahibi əməkdar artist Röya Ayxan olub.


Əməkdar artist, bir çox sənət dostlarının “oğluma müğənni qız almaram” ifadələr işlətməsinə münasibət bildirib:

“Oğluma müğənni qız alaram. Quzu kəsərəm şou-biznesə. Dəxlisiz danışıqların mənə aidiyyatı yoxdur. Vallah bütün evlərdə pisi də, yaxşısı da var. Gedin-boşananı var. Bizim içimizdə olan qızlar kimi, ürəyi təmiz, özü təmiz, gecə-gündüz özü işləyib bütün nəsil kökünü saxlayan qız heç yanda yoxdur. Ağızları isti yerdədir də... Bunlar başa düşmür ki, elə zaman gəlir çatır ki, indi elə işləyən qızları alırlar”.