“Qısaca dedim ki, ...” – Həmkarları ilə efirə çıxmaqdan imtina edən meyxanaçının SƏBƏBİ - VİDEO

22 Dekabr 2018 15:35
ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları olub.


Meyxanaçı qardaşlardan İntiqam, Mehman Əhmədli ilə efirə gəlməmə səbəbindən danışıb: 

“Biraz ağrayıram. Neçə dəfə yeni il tədbiri olub heç birinə gedə bilməmişəm. Mehmanla bizim söz-söhbətimiz yoxdur. Mən 2 saat gedib o rengenin kağızını gətirənə, oram-buram ağrayır deyənə kimi qısaca dedim ki, mən heç kimlə efirə çıxmıram. Mehman ağlamadı?... Normal insandır. Mən onu neçə ildir ki, tanıyıram”. 

Qeyd edək ki, Mehman Əhmədlinin olduğu Səhər-Səhər verilişinə qonaq kimi İntiqam Rüstəmov dəvət olunsa da meyxanaçı bundan imtina etmişdi. Gəlməmə səbəbi kimi isə heç bir meyxanaçı ilə efirə çıxmadığını qeyd etmişdi.