“İstəyirsən pul qazanasan, cinayət törədirsən” - 2 dəfə eyni səbəbdən həbs olunan məhkum – VİDEO

17 Dekabr 2018 16:18
ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında eyni səbəbə görə 2-ci dəfə tutulan Taleh Məlikovdan bəhs edilir.

Taleh Məlikov – Məhkum: “Ailəliyəm, 3 uşağım var. Biri keçən il İstanbul Universitetinə daxil olub. Mən də vaxtında oxumuşam. İndi gəlib düşmüşəm buralara. 2016-cı ildə yenidən tutuldum. Maşın alveri edirdim. Avtosalonda bir nəfərlə tanış oldum. Ona borclu oldum amma qaytarmadım. Bu səbəbdən 8 il azadlıqdan məhrum edildim. Sonra yenidən cinayət törətdim. İkinci dəfə torpaq alqı-satqısı ilə məşğul idim. Bir nəfərə borcum qaldı. Yenidən 5 il azadlıqdan məhrum edildim. Heç kim istəməz ki, çıxandan sonra bura qayıtsın. İstəyirsən pul qazanasan, cinayət törədirsən. Burada özünü azadlıqdan məhrum edilmiş kimi sayırsan”.