“Peşiman deyiləm, məcbur olub demişəm” – Elzadan onu hədələyən Zeynəbə CAVAB - VİDEO

17 Dekabr 2018 14:29
“Mən onun qabağına gedib, öpəcəm”


ARB TV-nin “Səhər-Səhər” verlişininin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Əməkdar artist, xalq artisti Nazp
əri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva tərəfindən ünvanına sərt sözlər deyilməsinə münasibət bildirib:

“Mən Zeynəb xanımın səsinin, xasiyyətinin, səmimiliyinin və onun gözəlliyinin uşaqlıqdan vurğunuyam. İndi də o vurğunluq qalıb. Çünki Zeynəb xanım toylara gələndə, pul qazananda heç kəs nə toylara getmirdi, nə də pul qazanmırdı. Mən bir bəstəkar kimi deyirəm ki, Zeynəb xanımın səsi cavan qalıb. Yəni xırıldamır, fısıldamır. Mən Zeynəb xanımdan “özləri bilərlər” deməyini gözləyərdim. Olan oldu, keçən keçdi. Amma mən nə demişəmsə düz söz demişəm və peşiman da deyiləm. Məcbur olmuşam demişəm. Bundan sonra da Zeynəb xanımı harada görsəm, hər zamanki kimi özüm qabağına gedib onu öpəcəm”.

Qeyd edək ki, proqramların birində xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.